Özbaşına salınmış yaşayış massivləri ilə bağlı konsepsiya hazırlanır
Abşeron rayonunun bütün "sovxoz"ları artıq yaşayış massivlərinə çevrilib. Kütləvi massivlər "özbaşına tikililər" adı altında konsepsiya da işlənib, təsdiq olunacaq.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib.
Onun sözlərinə görə, növbəti mərhələdə özbaşına yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişiklikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək.