Prokurorluq Depardye ilə bağlı qərar verdi
Paris prokurorluğu aktrisa Elen Darranın həmkarı Jerar Depardye tərəfindən təcavüzə məruz qalması haqda iddialarla bağlı qərar verib.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu xəbəri "Le Figaro" nəşri yayıb.
İddia müddəti bitdiyi üçün işin bağlanılmasına qərar verilib.
Darranın şikayətinə görə aktyor 2007-ci ildə "Disko" filminin çəkiliş meydançasında ona təcavüz etmişdi.
Prokurorluq şikayəti rədd etsə də, müstəntiqlərdə aktyorun başqa qadınlara da bu kimi əməllər törətməsi haqda iddialar var.