"Qalatasaray" üçün ağır itki
Türkiyə Superliqasının XV turunun "Sivasspor"la oyununda zədələnən "Qalatasaray"ın iki futbolçusu Barış Alpər Yılmaz və Viktor Osimhenin durumuna aydınlıq gəlib.
meqale.com axar.az-a istinadən bildirir ki, Türkiyə millisinin üzvü üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, Yılmaz üçün il vaxtından əvvəl başa çatıb. Nigeriyalı forvard Viktor Osimhen isə təxminən 2 həftə komandasına kömək edə bilməyəcək.
İstanbul klubu ötən gün "Sivasspor"a 3:2 hesabı ilə qalib gəlib.