Rafiq Babayevin xatirəsinə həsr olunmuş möhtəşəm musiqi gecəsi keçiriləcək

Azərbaycan musiqisinin parlaq simalarından biri - Rafiq Babayevin xatirəsinə həsr olunmuş möhtəşəm musiqi gecəsinə dəvət edirik. Bu özəl axşamda, ölkənin tanınmış jazz ifaçıları Rafiq Babayevin sevilən əsərlərini yenidən canlandıracaq, onun musiqisinin sehrini tamaşaçılara yaşadacaq.

Səhnədə jazz-ın sevilən ifaçıları, Rafiq Babayevin ruhunu yaşadan notlar və doğma melodiyalar səslənəcək. Bu gecə, yalnız bir musiqi tədbiri deyil - bu, Rafiq Babayevin musiqi irsinə ehtiram, sənətə sevgi və xatirələrin səslə ifadəsidir.

Məkan: Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu Tarix / saat: 15 May 19:30