Şabranda yeniyetməni maşın vurub öldürdü

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şabranda yeniyetməni maşın vurub öldürdü
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə meqale.com-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bu gün saat 19:30 radələrində Şabran rayonu ərazisində rayon sakini Məmmədəli Quliyev idarə etdiyi "Opel" markalı avtomobil ilə yolu keçən piyada 2008-ci il təvəllüdlü rayon sakini L.Osmanovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran RMX-çatdırılan şəxs orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.