Samir Cəfərov telekanal açdı
Xalq artisti Samir Cəfərov telekanal açıb.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Söhbət var" verilişində danışıb. O bildirib ki, kanalda bir çox mövzuda verilişlər yayımlanır:
"Əvvəl internet üzərində idi, indi platfomaya daxil olmuşuq. Azərbaycan filmləri, mahnılar yayımlayırıq. Elə filmlər axtarıb tapmışıq ki... Zövqsüz təbəqə bizdə yoxdur. Konsertlər, verilişlər çəkib yayımlayırıq. Sirk veririk, moda, dünya musiqisi veririk. Biz ingilis, rus və Azərbaycan dilində yayımlanmaq hüququ almışıq. Çox çətin bir sahədir. Müğənnilərə zəng edirəm ki, demirdiniz, biz belə bir televiziya istəyirik. İndi gəlin".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun