Seçki məntəqəsinə gələ bilməyənlər üçün daşınan qutulardan istifadə olunacaq

7 saylı Səbail seçki dairəsində seçkilərə hazırlıq işlərinin uğurla davam edir.

Seçki məntəqəsinə gələ bilməyənlər üçün daşınan qutulardan istifadə olunacaq
7 saylı Səbail seçki dairəsində seçkilərə hazırlıq işlərinin uğurla davam edir.

meqale.com Secki-2024.az saytına istinadən xəbər verir ki, seçki məntəqələrinin 12-sində veb-kameralar quraşdırılıb, sağlamlıq imkanları məhdud 23 seçici üçün panduslar quraşdırılıb. Seçki məntəqəsinə gələ bilməyən sağlamlıq imkanı məhdud insanların rahat səs verə bilməsi üçün onların evlərinə daşınan qutular aparılacaq. M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanada müalicə alan 48 xəstə seçici üçün də daşınan qutulardan istifadə olunacaq.

7 saylı Səbail seçki dairəsində daimi fəaliyyət göstərən məntəqələr üzrə seçici sayı son məlumata görə 50 min 378 nəfərdir. Daimi fəaliyyət göstərən 41 seçki məntəqəsindən əlavə Səbail rayonu ərazisində seçkiyə ən geci 5 gün qalmış işə başlayacaq seçki komissiyaları var. Bunlar Mərkəzi Klinik Xəstəxana, N saylı hərbi hissə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və BP-nin platformasıdır. Bu seçki komissiyalarında 13 məntəqə fəaliyyət göstərir və seçicilərin sayı təxminin 3421 nəfərdir. Bu seçkilərdə dairə üzrə 1300 nəfər ilk dəfə səs verəcək. İki seçicinin yaşı isə 100-dən yuxarıdır.