“START” gənc rəssamlar sərgisi açıldı - FOTO

Arts Council Azerbaijan tərəfindən təşkil olunan "START" gənc rəssamlar sərgisinin açılışı baş tutdu. Ambassadors Mədəniyyət Mərkəzində  keçirilən sərgi, Azərbaycan incəsənətinə yeni nəfəs gətirən istedadlı gəncləri bir araya topladı. Sərginin kuratoru Sona Quliyevadır.

Açılış mərasimində Arts Council Azerbaijan rəhbəri Dadaş Məmmədov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb. "START" sərgisi gənc rəssamlarımız üçün bir fürsətdir. Bu layihə onların yaradıcılığını geniş auditoriyaya təqdim etməsi, peşəkar əlaqələr qurması və sənət aləmində özlərini təsdiqləməsi üçün nəzərdə tutulub", - deyə Məmmədov bildirib.

Sərgi çərçivəsində 40dan artıq rəsm əsərləri nümayiş olunub. Layihənin məqsədi gənc istedadların sənət mühitinə inteqrasiyasını təmin etmək və onların inkişafına dəstək olmaqdır.