Top-5 liqalarında ən sürətli futbolçular məlum olub - SİYAHI

Top-5 liqalarında ən sürətli oyunçuların reytinqi açıqlanıb.

Top-5 liqalarında ən sürətli futbolçular məlum olub - SİYAHI
Top-5 liqalarında ən sürətli oyunçuların reytinqi açıqlanıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu, "Givemesport" tərəfindən dərc edilib.

Reytinqin lideri Madrid "Real"ının mərkəz müdafiəçi Antonio Rudiger olub. Alman futbolçu iyunun 1-də Çempionlar Liqasının finalında qarşılaşacağı "Borussiya"nın (Dortmund) oyunçusu Kərim Adeyemidən sürət baxımından bir az üstün olub.

"Çelsi"nin şərəfini qoruyan ukraynalı Mixail Mudrik isə ilk "üçlüy"ü qapayır. Oyunlardan birində o, saatda 36,63 km sürət yığmağı bacarıb.

"10-luq"

1. Antonio Rudiger ("Real") - 36,7 km/saat

2. Kərim Adeyemi ("Borussiya") - 36,65

3. Mixail Mudrik ("Çelsi") - 36,63

4. Entoni Qordon ("Nyukasl") - 36,61

5. Usman Dembele (PSJ) - 36,6

6. Adama Traore ("Fulhem") - 36,6

7. Məhəmməd Salah ("Liverpul") - 36,6

8. Darvin Nunes ("Liverpul") - 36,53

9. Mussa Diabi ("Aston Villa") - 36,52