Türkiyədən çay ixracı 85 faiz artıb
Cari ilin yanvar-fevral dövründə Türkiyədən çay ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 85 faiz artıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Şərqi Qara Dəniz İxracatçıları Birliyinin İdarə Heyətinin sədr müavini və Çay Sektoru Komitəsinin sədri Şaban Turqut bildirib.
Turqut bu ilin yanvar-fevral aylarında xaricə 1347 ton çay satıldığını və 6 milyon 63 min 44 dollar gəlir əldə edildiyini bildirib.