Vəfat edən lisey şagirdi ilə bağlı açıqlama - YENİLƏNİB
20:00 Vəfat edən Nuray Əmirli ARB televiziyasında yayımlanan "Səni Axtarıram" proqramında xəstəlik səbəbilə efirə çıxan şəxs deyil. Bu barədə Nuray Əmirlinin əmisi meqale.com-a bildirib. Xatırladaq ki, Nuray Əmirlinin verilişə çıxması ilə bağlı məlumatı yerli media yaymışdı. ------- 17:18 Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi Nuray Əmirli vəfat edib.
meqale.com xəbər verir ki, bu barədə "Report"un Muğan bürosuna liseydən məlumat verilib.
"Dərin hüzn və kədər hissi ilə bildiririk ki, əziz şagirdimiz Nuray Zəka qızı Əmirli xəstəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik", - məlumatda bildirilib.