"WhatsApp" bu ölkələrdə QADAĞAN OLUNDU
"WhatsApp" İran, Şimali Koreya və Suriyada qadağan edilib. Qətər, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi digər ölkələr də proqramda səsli zəng kimi bəzi funksiyaları məhdudlaşdırıb.
Lakin buna baxmayaraq istifadəçilər proqramdan gizli şəkildə istifadə ediblər.
meqale.com sfera.az-a istinadən xəbər verir ki, bu barədə "WhatsApp"ın idarəçisi Will Cathcart bildirib.
O qeyd edib ki, VPN-lərin artması və ötən ilin iyun ayında istifadəyə verilmiş "WhatsApp Proxy" xidməti proqrama davamlı girişi təmin edib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun