"Word" faydalı funksiyasını itirdi
"Microsoft" intellektual axtarış funksiyasını "Word" mətn redaktorundan silib.
meqale.com xəbər verir ki, bu barədə "Digital Trends" nəşri məlumat yayıb.
İntellektual axtarış (Smart Lookup) funksiyası 2016-cı ildən "Microsoft Word"ün müxtəlif versiyalarında mövcuddur. Bu funksiya internetdən müxtəlif söz və terminlər haqqında məlumat toplayaraq, onların izahını tapmağa imkan verirdi.
Qeyd olunurki, "Word"ün yeni versiyalarında faydalı funksiya itib. Media ekspertləri hesab edirlər ki, bu funksiya süni intellektə (AI) görə dayandırılıb.