"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
Ötən ilin aprelində məlum olub ki, Cənubi Koreyanın "BlackPink" pop qrupunun "YouTube"dakı kanalı musiqi qrupları arasında ən çox baxılan kanal olub.
meqale.com lente istinadən bildirir ki, bu hadisə qızların Ginnesin Rekordlar Kitabına düşməsinə imkan verib.
10 aprel 2024-cü il tarixinə qrupun kanalında video baxışlarının sayı 30 milyardı ötüb. "BlackPink" qrupunun üzvləri kanadalı müğənni Castin Biberi belə üstələyiblər.
Xatırladaq ki, Cənubi Koreyalı ifaçıların kanalı 2016-cı ilin iyununda yaradılıb. Bu günə kimi onun abunəçilərinin sayı 93,6 milyon nəfərdir. Qeyd edək ki, BlackPink 21-ci dəfə Ginnesin Rekordlar Kitabına düşüb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun