Azərbaycanda bir ailənin 4 üzvü qidadan zəhərləndi

Göyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Azərbaycanda bir ailənin 4 üzvü qidadan zəhərləndi
Göyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

meqale.com APA-ya istinadən bildirir ki, Göyçayın Xəlitli kənd sakinləri - Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.