Bakıda 41 yaşlı prokuror faciəvi şəkildə öldü
Bakıda prokuror yol qəzasında vəfat edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayev qəzada aldığı xəsarətlərdən dünyasını dəyişib.
M.Abdullayev doğulduğu Gəncə şəhərində dəfn olunacaq.
Hadisə ilə bağlı araşdırma aparılır.