"Cadenza Contemporary Orchestra" növbəti konsertini təqdim edəcək - FOTO

Cadenza Contemporary Orchestra 26 yanvar saat 19:00-da növbəti konsertini təqdim edəcək.

Cadenza Contemporary Orchestra 26 yanvar saat 19:00-da növbəti konsertini təqdim edəcək.

"Müzəffər Ağamalızadə-85" adlı növbəti konsert Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Xalq artisti, professor, görkəmli fleyta ifaçısı Müzəffər Ağamalızadənin 85 illiyinə həsr olunmuş konsertdə əsərlər pedaqoqun sinfini bitirmiş peşəkar fleyta ifaçıları - Nicat Məmmədov, Rəhilə Nəzərova, Mirxalid Məmmədzadə, Əminə Zülfüqarova, Kamran Talıblı, Nicat Salmanov, Nərminə Salmanova  tərəfindən səslənəcək.

Konsertə giriş sərbəstdir.