Çexiyada iki qatar toqquşdu: Ölənlər və yaralananlar var
Çexiyanın Pardubitse şəhərində stansiyada yük və sərnişin qatarının toqquşması nəticəsində dörd nəfər ölüb, 26 nəfər yaralanıb.
meqale.com oxuya istinadən xəbər verir ki, toqquşma zamanı sərnişin qatarında 300-dən çox insan olub, onların çoxu əcnəbi olub. Yük qatarı kalsium karbid daşıyıb.
Hadisə yerinə 9 təcili tibbi yardım maşını, iki helikopter və 60-dan çox peşəkar və könüllü yanğınsöndürən göndərilib.
Birinci vaqonun deformasiyaya uğraması xilasetmə işlərini çətinləşdirib. Qəzanın səbəbləri araşdırılır.