Makron Zelenskini Yeliseydə qəbul edəcək
Fransa Prezidenti Emmanuel Makron Yelisey Sarayında ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Agentliyin məlumatına görə, görüş zamanı cəbhə xəttindəki vəziyyət, eləcə də Ukraynanın ehtiyacları müzakirə olunacaq.
Görüş müttəfiqlərin Normandiya əməliyyatının 80-ci ildönümünə təsadüf edəcək.
Zelenski Fransa parlamentarilərinin qarşısında da çıxış edəcək.