“Neftçi” və “Qarabağ” cəzalandırıldı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXV turunda baş verənlər müzakirə olunub.
Komitə müvafiq qərarlar verib. "Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Zirə"nin futbolçusu İssa Cibrila 1 matç cəzalanıb, klubu 800 manat cərimə edilib. "Qəbələ" - "Səbail" qarşılaşmasında meydan sahiblərini azlıqda qoyan Lukas Afrikonun da cəzası eyni olub. Komitə "Neftçi" - "Qarabağ" matçı ilə də bağlı qərarlar verib. 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimələnib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi" 800 manat ziyana düşüb.