“Qarabağ”ın prezidenti mükafatlandırmada iştirak etməyəcək

Sabah Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq.

“Qarabağ”ın prezidenti mükafatlandırmada iştirak etməyəcək
Sabah Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, XXXVI turun "Araz-Naxçıvan" - "Qarabağ" oyunundan sonra Ağdam klubuna qızıl medallar və çempionluq kuboku təqdim ediləcək.

Çempionun prezidenti Tahir Gözəl "Azersun Arena"da keçiriləcək tədbirdə iştirak etməyəcək. İş adamı ölkə xaricində təşkil olunan vacib tədbirə qatıldığı üçün çempionatın son matçında komandasının yanında olmayacaq.