Seçki prosesi bütün seçki qanunlarına uyğun keçirilir - Serbiyalı müşahidəçi

Azərbaycanda növbədənkənar Prezident seçkilər demokratik prinsiplərə və normalara uyğun keçirilir.

Seçki prosesi bütün seçki qanunlarına uyğun keçirilir - Serbiyalı müşahidəçi
Azərbaycanda növbədənkənar Prezident seçkilər demokratik prinsiplərə və normalara uyğun keçirilir.

meqale.com Secki-2024.az saytına istinadən xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının müşahidə missiyasının rəhbəri Sandra Bojiç Xankəndidə jurnalistlərə açıqlamasında deyib.

"Ölkənizdəki seçkiləri müşahidə etmək imkanı verilmiş Serbiya nümayəndə heyətinə mən rəhbərlik edirəm. Biz Serbiyadan Qarabağa gələn ilk müşahidə heyətiyik. Əvvəlcə Şuşadakı seçki məntəqəsində olduq. Deyə bilərəm ki, seçki prosesi bütün seçki qanunlarına uyğun, demokratik prinsiplərə və normalara uyğun keçirilir. Azərbaycan xalqını yaxşı təşkil olunmuş seçki münasibətilə təbrik edirəm", - o vurğulayıb.

Onun sözlərinə görə, bu gün səsverməyə gələnlərin faizi çox yüksəkdir: "Söyləyə bilərəm ki, Serbiya nümayəndə heyəti gördüyümüz hər şeydən razıdır".

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.