“Zirə” - “Omoniya” oyununun biletləri satışa çıxarılır
"Zirə" - "Omoniya" (Kipr) oyununun biletləri satışa çıxarılır.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək matçın biletləri bu gün 13:00-dan satışda olacaq. Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir. Azarkeşlər biletləri Zirə İdman Kompleksi və "Dalğa Arena"nın kassalarından əldə edə bilərlər.