Fərid Nəbiyev: “Özümü millidə oynamağa hazır hiss edirəm” – MÜSAHİBƏ

meqale.com "Səbail"in yeni transferi Fərid Nəbiyevin  İdman.Biz-ə  müsahibəsini təqdim edir:

Fərid Nəbiyev: “Özümü millidə oynamağa hazır hiss edirəm” – MÜSAHİBƏ
meqale.com "Səbail"in yeni transferi Fərid Nəbiyevin  İdman.Biz-ə  müsahibəsini təqdim edir:

-"Turan Tovuz"u "Səbail"ə dəyişdiz. Keçid necə alındı?

-"Səbail"dən yaxşı təklif aldım və qəbul etdim. Perspektivli komandadır, yaxşı kollektivi var. Bundan sonra mən də "Səbail"in daha da uğurlu çıxışı üçün çalışacam.

- Başqa klublardan da təklif vardı, yoxsa...?

- Digər təkliflərim də oldu. Amma "Səbail"dən aldığım təklifin karyeram üçün daha uğurlu olacağını düşündüm. Buna görə də seçimim bu klub oldu.

- Bakı klubunda hədəflərin nə olacaq?

- Həmişə komandama uğur qazandırmağı, faydalı olmağı qarşıma məqsəd qoymuşam. Ümid edirəm ki, keçidim ilk növbədə "Səbail", sonra isə mənim üçün uğurlu olar. Bunun üçün var gücümlə çalışacam.

- "Turan Tovuz"dan getməyinə baş məşqçi Ayxan Abbasovun komandadan ayrılması nə qədər təsir etdi?

- Ayxan müəllim yaxşı insan və yaxşı məşqçidir. Karyerasında uğurlar arzu edirəm. Artıq başqa klubdayam. Fikirlərim də ancaq komandamla bağlıdır.

- Bir müddət Çexiyada legioner həyatı yaşadın. Artıq xarici klublarda oynamaq istəyin yoxdu?

- Hazırda "Səbail"lə müqavilə imzalamışam və bütün diqqətim komandamdadır.

- Milli komandaya dəvət almırsan. Özünü yığmaya hazır sayırsan?