Gecə 3-də Təcili Tibbi Yardım Stansiyasının həyətində meyiti tapıldı
Bakıda tibb müəssisəsinin həyətində ölüm hadisəsi baş verib.
meqale.com xəbər verir ki, yanvarın 5-i saat 03 radələrində Səbail rayonu Ş.Allahverdiyev küçəsində yerləşən 2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapılıb.
Ölən şəxsin 1968-ci il təvəllüdlü Ruslan Rəşid oğlu Nadirov olduğu müəyyən edilib. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilib.