Mandarin qabığının sağlamlığa 5 möcüzəvi faydası

Qış aylarının sevilən sitrus meyvələrindən olan mandarin yalnız dadı ilə deyil, qabığı ilə də sağlamlığa faydalıdır.

Mandarin qabığının sağlamlığa 5 möcüzəvi faydası
Qış aylarının sevilən sitrus meyvələrindən olan mandarin yalnız dadı ilə deyil, qabığı ilə də sağlamlığa faydalıdır.

meqale.com-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, mandarin qabığında çoxlu vitaminlər və güclü antioksidant maddələr mövcuddur.

İmmuniteti gücləndirir Mandarin qabığı C vitamini və flavonoidlərlə zəngindir. Bu maddələr orqanizmin müdafiə sistemini möhkəmləndirərək soyuqdəymə və infeksiyalara qarşı müqaviməti artırır.

Həzm sisteminə faydalıdır Qurudulmuş mandarin qabığından hazırlanmış çay həzm prosesini asanlaşdırır, mədədə köp və narahatlıq hissini azaldır. Xalq təbabətində bu üsul uzun illərdir istifadə olunur.

Stress və yorğunluğu azaldır Mandarin qabığının xoş ətri sinir sistemini sakitləşdirir. Aromaterapiyada mandarin qabığı yağı stressi azaltmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir.

Dəri sağlamlığını qoruyur Antioksidantlarla zəngin tərkibi dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır. Mandarin qabığı ekstraktları kosmetik məhsullarda da geniş istifadə olunur.

Xolesterini tənzimləyir Araşdırmalar göstərir ki, mandarin qabığındakı bəzi birləşmələr qanda "pis" xolesterinin səviyyəsini aşağı sala bilər.