Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin Şuşa mərhələsinin tarixi dəyişdirilib.
Nazirlikdən meqale.com-a bildirilib ki, əvvəlcədən elan edilmiş tarixdən fərqli olaraq, tədbir iyulun 22-23-də keçiriləcək.
Tədbir proqramında dəyişiklik yoxdur və bütün ədəbi-bədii tədbirlər, təqdimatlar və çıxışlar əvvəlki kimi planlaşdırılmış şəkildə davam edəcək.