Pakistanda ağır qəza - 5 ölü, 24 yaralı
Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com xəbər verir ki, Pəncab əyalətində sərnişin avtobusu təqribən 30 metr dərinliyində olan dərəyə aşıb.
Hadisə nəticəsində 5 nəfər həlak olub, 24 nəfər yaralanıb.
Qəzada sağ qalanların xilas edilməsi ilə bağlı əməliyyat 2 saatdan çox davam edib.